29 Mart 2015 00:49
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandanın adından, öz adımdan bu qәlәbәni Novruz münasibәtiylә Azәrbaycan xalqına hәsr edirəm. Hesab edirәm ki, oyunda çtışmazlıqlarımız oldu. Üsluba tam istәdiklәrimizi edә bilmәdik. Ancaq tam 90 dәqiqәni nәzәrә alsaq, 2:0 hesabını yaxşı hesab elәmәk olar".

Bunu Azərbaycan yığmasının baç məşqçisi Robert Prosineçi AVRO - 2016-nın seçmə mərhələsində sabah Bakıda Maltaya 2:0 hesablı qalib gəldiyi matçdan sonrakı mətbuat konfransında dedi.

Xorvatiyalı mütəxəssis oyunun çətin keçəcəyini əvvəlcədən bildiyini söylədi:

"Dünәn, oyunqabağı konfransda dedim ki, bu rәqiblә oynamaq çox çәtin olacaq. Çunki beşli müdafiә ilә oynayacaqdılar. Belәdә çox irәli atılmaq da tam kompaktlaşmamış komandamız üçün çәtin ola bilәrdi. Bizim taktiki düzülüşümüzdә hansı futbolçunun hansı mövqedә, necә oynamasına özüm qәrar verirәm vә dünәn dә bildirdim ki, bu haqda heç bir jurnalistin qeydi nәzәrә alınmayacaq. Oyunun ikinci hissәsinin ilk 15 dәqiqәsindә biraz geriyә çәkildik. Ancaq bunlar baş vermәliydi, bu, tәbii haldı. Siz tәrәfdәn dә, azarkeşlәr tәrәfdәn dә tәzyiq böyük idi. Ev oyunu idi vә futbol ölkәsi kimi tanınmayan rәqiblә oynayırdıq.ә, qәlәbә qazanmaq lazım idi. Bütün bunları nәzәrә almaq lazımdı. Belә psixoloji mәqamda öz oyununu qurmaq çәtinlik yarada bilәrdi. Bir mәqamı qeyd edim ki, biz millinin oyunçularını rәsmi oyunöncәsi fiziki hazırlıq keçmir. Ona görә, sualınıza әsasәn deyim ki, bilmirәm Norveçlә oyunda komandanın fiziki durumu necә olacaq. Ancaq mәn oyunçuları yaxından izlәyirәm. Milliyә әn hazırlıqlı oyunçular çağırılacaq. Dәqiq deyә bilәcәyim budur".

Təcrübəli çalışdırıcı Rahid Əmirquliyevin oyunundan razı qaldığını söylədi:

"Rahid Әmirquliyev barәdә bildirmәk istәyirәm ki, hәm oynadığı klubda, hәm yığmada çox lazımlı oyunçudu. Xaraktercә pozitivdi, müsbәt cәhәtlәri var vә bunlar vacib mәqamdı. Son dörd aydakı oyunlarını diqqәtlә izlәmişәm. Fikrimcә o, hәm dağıdıcı, hәm yaradıcı funksiyada faydalıdı. Ona görә bu oyunda daha çox yaradıcı prizmadan oynaması, fikrimcә, normal idi".

Robert Prosineçki Namiq Ələsgərovun zədəsi haqda da danışdı:

"Namiq Әlәsgәrovun potensialı çox böyükdü. Heyf ki, zәdәlәndi. Zәdәsinin nә yerdә olması barәdә hәkimlәr yekun qәrarı verәcәk.

46 yaşlı baş məşqçi sabahda Norveçlə VI turun oyununu fikirləşəcəklərini söylədi:

"Әlimizdәn gәlәni edәcәyik ki, Norveçlә yaxşı oynayaq, xal qazanaq. Biz rәqiblәri әn xırda detallara qәdәr tәhlil edirik. Mәsәlәn, bugünkü rәqibi götürәk, onların zәif nöqtәlәrindәn biri cinahdan asmalar idi ki biz dә ilk qolu mәhz bu tapşırıqla vurduq. Sabahdan artıq növbәti rәqib - Norveçi araşdıfmağa, tәhlil etmәyә başlayacağıq"/Futbolpress.az/


Müəllif:

Oxşar xəbərlər