7 Aprel 2015 00:06
482

"Midlsbro"nun müdafiəçisi Ben Gibson "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.

Gibson "Midlsbro"nun aparıcı futbolçularından biri hesab olunur. "Şəhərlilər" onu heyətinə qatmaq üçün 13,5 milyon funtundan keçməli olacaq.

19 yaşlı futbolçu cari mövsümdə 31 matçda meydana çıxıb.

Rüstəm


Müəllif: