Şahmat üzrə Gürcüstan çempionu Qayoz Niqalidzeni 15 illik diskvalifikasiya təhlükəsi gözləyir. O, Dubayda keçirilən turnir zamanı erməni qrossmeyster Tiqran Petrosyana qarşı oyunda telefondan istifadə edib.
Qayoz Niqalidze turnirdə iştirakdan məhrum edilib. Petrosyan, onun tez-tez tualetə getməsindən şübhələnib. Erməni şahmatçı hakimlərdən tualeti yoxlamağı xahiş edib və orada mobil telefon aşkar edilib.
Telefon tualet kağızına bükülərək unitazın arxasında gizlədilib. Əvvəlcə Niqalidze telefonun ona məxsus olmadığnı bildirib. Lakin hakimlər aşkar edib ki, telefonda gürcü şahmatçının sosial şəbəkələrdəki profili açıqdı.
Hakimlər həmçinin telefonda şahmat gedişlərini analiz edən proqram da tapıblar. Hadisə ilə bağlı məruzə beynəlxalq şahmat federasiyasına göndəriləcək. Onlarsa öz növbəsində şahmatçının diskvalifikasiyası ilə bağlı qərar verəcəklər.
Qayoz Niqalidze ikiqat (2013 və 2014-cü illər) Gürcüstan çempionudur. Onun çempionatdakı qələbələri sensasiya doğurub. Hər iki çempionat zamanı o, ekspertlər tərəfindən qələbəyə namizəd kimi görülməyib.