Amerika Beyzbol Liqasında mübarizə aparan "Nyu-York Metz" klubunun üzvü Jenri Mejiya 80 oyunluq cəzalandırılıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna 25 yaşlı beyzbolçunun dopinq qəbul etməsi səbəb olub.
Qanında qadağan olunmuş preparat aşkarlanan Mejiya oynamayacağı müddətdə maaşını da ala bilməyəcək. Onun yalnız iyul ayında oynaya biləcəyi bildirilir.