“Real Madrid”in ulduz futbolçusu Kriştiano Ronaldo Nepalda baş verən zəlzələyə biganə qalmayıb.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı ulduz “Save The Children” fonduna 7 milyon Avro bağışlayıb. O, “Facebook” səhifəsində də Nepalda baş verənlərə diqqət çəkərək uşaqların xilas edilməsi üçün hər kəsin səfərbər olması lazım olduğunu bildirib.
Qeyd edək ki, Ronaldo daha əvvəl Qəzzadakı uşaqlar üçün 1,5 milyon avro, beyin xəstəliyindən əziyyət çəkən xəstə uşaq üçün 83 min dollar bağışlamışdı.
Rüstəm