"Real”ın baş məşqçisi Karlo Ancelotti diskvalifikasiyaya məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Buna səbəb italiyalı mütəxəssisin İspaniya La Liqasının XXXVI turu çərviçəsində “Valensiya” ilə keçirilən (2:2) oyunda hakimlərə qarşı qeyri-etik hərəkəti olub.
Təcrübəli mütəxəssis matçdan sonra hakimləri ironiya ilə alqışlayıb. Bu səbəbdən İspaniya Futbol Federasiyası 55 yaşlı mütəxəssisi iki oyunluq cəzalandırıb.
Ancelotti La Liqanın son iki turunda - "Espanyol" və "Hetafe" ilə görüşlərdə məşqçilər və futbolçular üçün ayrılmış texniki zonada yer almayacaq. O, komandasının oyununu tribunadan izləmək məcburiyyətində qalacaq.
Rüstəm