20 May 2015 14:04
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq növbəti dəfə komandanı tərk etmək istədiyini bildirib.

Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, ingilis futbolçu baş məşqçi Brendan Rocerslə görüşüb və fikrini ona çatdırıb. Buna baxmayaraq, rəhbərlik hələ də Sterlinqi komandada saxlamağa cəhd edir. Ancaq bu, mümkünsüz görünür.

20 yaşlı oyunçunun "Liverpul"la olan müqaviləsi 2017-ci ilə kimi nəzərdə tutulub. Cari mövsümdə 57 matçda meydana çıxan Sterlinq 11 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər