30 May 2015 11:42
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İsveçrənin Sürix şəhərində FIFA-nın növbəti prezidenti seçkisi keçirilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, vəzifə uğrunda qurumun hazırkı rəhbəri 79 yaşlı Zepp Blatterlə 39 yaşlı İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn mübarizə aparıb.

Prezident seçkilərində Azərbaycan da daxil omlaqla FIFA-ya üzv olan 209 ölkə əlifba sırası ilə səs verib. 209 səsdən 206-nın etibarlı olduğu müəyyənləşib.

Həmin səslərdən 133-ü Zepp Blatterə, 73-ü Əli ibn əl-Hüseynə verilib. Blatterə səslərin 2/3-ni toplamaq üçün 7 səs çatmayıb. Bu səbəbdən seçkidə ikinci mərhələ elan olunub.

İkinci mərhələdən öncə Şahzadə Əli ibn Əl-Hüseyn namizədliyini geri götürüb.

Nəticədə Zepp Blatter ardıcıl 5-ci dəfə növbəti 4 il müddətinə ali futbol qurumuna rəhbərlik edəcək. O, 1998-ci ildən bu postda çalışır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər