30 May 2015 12:03
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zepp Blatter öz seçkiqabağı nitqində FIFA üzvlərinin həbsi məsələsinə toxunub.

Teleqraf.com xəbər verir ki, o, Dünya çempionatlarına ev sahibliyi etmək hüquqları Rusiya və Qətərə verilməsəydi, belə problemlər ortaya çıxmayacaqdı deyib:

"Çətin vaxtlardı. Son hadisə FIFA və konqresi kölgədə qoydu. Bunun altından çıxmaq lazımdı. FIFA-nın adının ləkələnməsinə icazə verməməliyik. Həbs olunan adamları təşkilatla eyniləşdirmək olmaz.

Özümüzü toplayıb, irəli doğru hərəkət etməliyik. Futbolda baş verən hər şeyi izləyə bilmərik. Bu, 300 milyondan çox insan eyni anda izləmək deməkdi. Ona görə də hamıdan özlərini etik normalara uyğun aparmalarını xahiş edə bilmirik.

Bu vəziyyət haqqında təsadüf sözünü işlətməyəcəm. Mənim bu barədə şübhələrim var.

Əgər FIFA Dünya çempionatlarına ev sahibliyi etmək hüquqlarını Rusiya və Qətərə verməsəydi, bu problemlər yaranmazdı".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər