Türkiyə Super Liqasının XXXIV turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, artıq çempionun, mükafatçıların və aşağı diviziona düşəcək komandaların kimliyi bəlli olduğu üçün son tur sırf formal xarakter daşıyırdı.
Dünən dörd qarşılaşma baş tutub. Slaven Biliçin vida oyununda “Beşiktaş” “Gənclərbirliyi”nə qalib gəlib – 2:1
Super Liqanı tərk etmiş komandaların oyununda isə “Ərciyəsspor” “Karabükspor”la qarşılaşıb. 7 qolun vurulduğu matçda kayserililər rəqiblərini bir top qabaqlayıblar – 4:3
Bu günə isə daha 5 matç nəzərdə tutulub. Günün ilk qarşılaşmasında çempion “Qalatasaray” “Rizəspor”a qonaq olub. “Aslanlar” ehtiyat oyunçuların çoxluq təşkil etdiyi heyətlə çıxdıqları oyundan 1:1-lik bərabərliklə ayrılıblar.
Günün digər oyunlarında “Fənərbaxça” “Kasımpaşa”nı məğlub edib - 2:0.
“Bursaspor” “Konyaspor”un müqavimətini qıra bilməyib - 0:0.
“Trabzonspor” isə “Sivasspor” səfərindən bir xalla dönüb.
Türkiyə Super Liqası
XXXIV tur
“Ərciyəsspor” – “Karabükspor” – 4:3
Qollar: Seçmə, 19, Edinyo, 49, 82, Gülle, 80 – Özek, 21, Özgenc, 40 (pen.), 71 (pen.)
“Əskişəhərspor” – “Akhisar Bələdiyəspor” – 1:3
Qollar: Şişmanoğlu, 89 – Kustodio, 10, Mezenqa, 68, Akyüz, 77
“Beşiktaş” – “Gənclərbirliyi” – 2:1
Qollar: Cenk Tosun, 42, Oğuzhan, 83 – Bülbül, 90
“Balıkesirspor” – “Qaziantepspor” – 1:1
Qollar: Gülmaç, 37 – Çiko, 27
“Rizəspor” – “Qalatasaray” – 1:1
Qollar: Albayrak, 52 – Umut Bulut, 86
“Fənərbaxça” – “Kasımpaşa” – 2:0
Qollar: Əmrə, 72, Alper Potuk, 81
“Bursaspor” – “Konyaspor” - 0:0
“Mərsin İdman Yurdu” – “Başakşəhər” - 2:2
Qollar: Velliton, 50, Delibalta, 55 - Madureira, 80, Viska, 87
“Sivasspor” – “Trabzonspor” - 1:1
Qollar: Batuhan Karadeniz, 9 - Özer Hurmacı, 23
Bombardirlər: Fernandao (“Bursaspor”) – 22 qol; Demba Ba (“Beşiktaş”) – 17; Oskar Kardozo (“Trabzonspor”) – 17; Burak Yılmaz ("Qalatasaray") - 16