İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta Çempionlar Liqasının finalında “Yuventus”la oyunu buraxa bilər.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb futbolçunun İspaniya kubokunun finalında “Atletik” Bilbaoya qarşı oyunda zədələnməsidir.
31 yaşlı A. İnyesta zədələndiyinə görə matçın 55-ci dəqiqəsində Xavi ilə əvəzlənmişdi.
O, tibbi müayinədən keçdikdən sonra yarımmüdafiəçiyə dəqiq diaqnoz qoyulacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 6-da keçiriləcək.