2014/2015 mövüsümün sonunda "Beşiktaş"dan ayrılan Slaven Biliçin yeni komandası müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis yeni mövsümdən İngiltərənin "Vest Hem" klubunu çalışdıracaq.
46 yaşlı mütəxəssis "Vest Hem"lə 3 illik müqavilə imzalayıb. Biliç yeni komandası ilə bağlı bunları bildirib:
"Yenidən "Vest Hem"ə qayıtdığım üçün şadam. Premyer Liqa dünyanın ən yaxşı çempionatlarından biridir. Bu mənim üçün böyük çağırış oldu. Bu komanda ilə ən yaxşı klublara qarşı rəqabət aparacam. "Vest Hem" mənim üçün xüsusi bir klubdur. Sabiq komandam "Beşiktaş"a bənzərliyi var. Mən belə klubları sevirəm".
Qeyd edək ki, Biliç 1996-1997-ci illərdə futbolçu kimi "Vest Hem" klubunda çıxış edib.