16 İyun 2015 22:22
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Futbol Federasiyası millinin baş məşqçisi Fabio Kapellonu istefaya göndərməyə hazırlaşır.

Bu barədə xəbəri Rusiyanın "Sovetski sport" qəzeti yazıb.

Qəzetdə Rusiya Futbol Federasiyasının yaxın günlərdə italiyalı mütəxəssisin vəkilləri ilə danışıqlara başlayacağı bildirilir. Kapellonun son iki ay üçün təzminatı 21,6 milyon avroya bərabərdir. Lakin iyulun 5-də 68 yaşlı mütəxəssisin təzminat alacağı müddət üç aya yüksələcək.

Kapellonunun istefası ilə bağlı məsələ Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin iyunun 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Eyni zamanda baş məşqçi vəzifəsinə yeni namizədlər də nəzərdən keçiriləcək.

Rusiya yığmasının baş məşqçi vəzifəsinə əsas namizəd kimi CSKA (Moskva) klubunun çalışdırıcısı Leonid Slutski göstərilir.

Qeyd edək ki, 2012-ci ildən Rusiya millisini çalışdıran Kapellonun "Avro-2016"nın seçmə mərhələsində işləri yolunda getmir. Onun rəhbərlik etdiyi komanda geridə qalan 6 turdan sonra 8 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


Müəllif: