30 İyun 2015 08:19
356

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Neftçi” – “Mladost” matçından bir gün öncə hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və klubların açıq məşqi keçiriləcək.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq jurnalistlər önünə "Neftçi"nin baş məşqçisi Samir Əliyev çıxacaq.

S.Əliyevin mətbuat konfransı iyulun 1-də, saat 19:30-da başlayacaq. Bundan yarım saat sonra "Neftçi"nin mətbuat üçün açıq məşqi baş tutacaq.

"Mladost"un baş məşqçisi Nikola Rakoyeviçin mətbuat konfransı isə iyulun 1-də, saat 20:30-a nəzərdə tutulub. Yarım saat sonra isə Monteneqro təmsilçisinin mətbuat üçün açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 2-də, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.


Müəllif:
loading...