"Barselona" futbolçusu Pedronu "Atletiko"ya satmaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "AS" dərgisinin verdiyi xəbərə görə, Katalan klubunun rəhbərləri oyunçusunu İspaniya La Liqasında çıxış edən kluba satmaq istəmir.
"Barsa" yalnız ölkə xaricində mübarizə aparan klubların təklifini nəzərdən keçirməyə hazırdı.
Daha öncə bildirilirdi ki, Pedro "Mançester Yunayted", "Arsenal" və "Liverpul"un maraq dairəsindədi.
Rüstəm