10 İyul 2015 09:15
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının I təsnifat mərhələsini qalibiyyətlə başa vuran "İnter" və "Qəbələ" klublarının növbəti rəqibləri məlum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, II təsnifat mərhələsində hər iki klubumuz ilk oyununu səfərdə keçirəcək.

Səfərdə Gürcüstanın "Dinamo"suna 1-2 hesabı ilə məğlub olmasına baxmayaraq, doğma meydanda 2-0 hesablı qələbəyə sevinən "Qəbələ" Serbiyanın "Çukarçki" klubu ilə qarşılaşacaq.

"İnter" isə İslandiyanın "Hafnarfyordur" klubu ilə üz-üzə gələcək. Qeyd edək ki, "İnter" ilk təsnifat mərhələsinin birinci oyununa 1-1, ikinci oyununda isə 0-0 hesablı heç-heçəyə imza atıb.

Digər təmsilçimiz "Neftçi" isə növbəti mərhələyə çıxa bilməyib. Monteneqronun "Mladost" klubu ilə doğma meydanda 2-2, rəqib meydanda isə 1-1 hesablı heç-heçələr "Neftçi"ni növbəti mərhələdən kənarda qoyub.

Samir


Müəllif:

Oxşar xəbərlər