"Atletiko" ötən il "Çelsi"yə satdığı Felipe Luisi geri almaq istəyir.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bunun üçün Madrid klubu London təmsilçisi ilə danışıqlara başlayıb.
Məlumatı "Atletiko"nun prezidenti Enrike Sereso təsdiqləyib:
"Luis yaxşı oyunçudur. O, Madrid klubuna qayıtsa, çox sevinərik".
Qeyd edək ki, F.Luis ötən mövsüm İngiltərə Premyer Liqasında 15 matçda iştirak edib.