26 İyul 2015 00:32
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının "DÇ-2018"in seçmə mərhələsinin püşkündə millimizin yer aldığı qrupu dəyərləndirib.

Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupa düşdüyünü deyib:

"San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olan Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm".

O, millimizin dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın olduğu C qrupunda yer alıb. Yığmamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.


Müəllif: