AFFA İcraiyyə Komitəsi bu gün fövqəladə iclas keçirib.
Teleqraf.com qurumun saytına istinadən məlumat verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
- Peşəkar Futbol Liqasının müraciətinə əsasən “Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;
- 2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;