"Arsenal"ın qapıçısı Peter Çex maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın Britaniya məlumatına görə, çexiyalı qolkiper karyerasının əvvəllərində qapıçı olmağı düşünmədiyini bildirib:
"Qapıçı olmağı düşünmürdüm. Buz hokkeyində qapıçı idim. Ancaq futbola cinah oyunçusu kimi başladım. Qapıçımız olmadığında zaman-zaman qapıya keçərdim.
Sonra yenə bir gün qapıçımız gəlmədiyində məşqçimiz məni qapıya qoydu və yaxşı təsir bağışladığımı dedi. 10 yaşında zədələndim. Qaçmaqda çətinlik çəkirdim. Müalicə müddətində qapıda dayanmalı oldum və bundan sonra karyeramı çərçivə qoruyucusu kimi davam etdirdim".