"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya"nın futbolçusu Kevin Qroskroyts karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə məlumatı Almaniyanın "Bild" qəzeti yayıb.
Xəbərdə "Qalatasaray"ın almaniyalı futbolçunu heyətinə qatdığı bildirilib. Müxtəlif mövqelərdə oynaması ilə diqqət çəkən 27 yaşlı futbolçunun İstanbula gedərək tibbi müayinədən keçəcəyi vurğulanıb. Lakin futbolçu ilə imzalanacaq müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, zədə səbəbindən uzun müddət klubdan ayrı düşən Qroskryots bu mövsüm "Borussiya"nın əvəzedici komandasının heyətində 4 oyuna çıxıb.