İngiltərə Premyer Liqasının 7-ci turunda "Arsenal"ı qəbul edən "Chelsea" 2:0 hesablı qələbə qazanmaqla Superkubokdakı məğlubiyyətin revanşını aldı.
Goal.az xəbər verir ki, matçdan sonra medianın önünə çıxan Joze Mourinyo Dieqo Kostanın "Arsenal"lı müdafiəçilərə qarşı təxribatçı davranışına münasibət bildirib. Hər zaman maraqlı ifadələri ilə yadda qalan "Don Joze" bu dəfə də ənənəsinə sadiq qalıb.
"Fikrimcə, Qabriel Paulista haqqında danışmalısız. O və onun səhvi barədə. Kosta barədə danışmaq istəyirsinizsə, Dieqo lazım olan kimi oynadı. Məhz buna görə stadionlara azarkeşlər gəlir və teleyayım hüquqları çoxmilyonlu tamaşaçı kütləsinə görə bütün dünyada satılır. Buna görə bütün oyunlar belə keçməlidir. Məhz analoji səbəbə görə bazar günü Yeni Zelandiya və Argentina reqbi komandalarının oyununa baxacam. Dieqo gözəl oynadı. Paulista ilə mübahisə zamanı referi orada idi. Həmin referi qarşılaşmada bütün qərarları verirdi. O, rəqibin qapısına 2 mübahisəli penalti təyin etmədi. Paulistanın Hazarda qarşı hərəkəti reqbidə rast gəlinən fənddir. Reqbi olsaydı, əla fint olardı. Amma futbolda buna penalti verirlər".