27 Sentyabr 2015 18:21
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində Qəbələnin eyni adlı klubu “Bayıl Arena”da “Rəvan”a 3:0 hesabı ilə qalib gəldi.

“Qəbələ”nin ilk qolunu vuran komandanın kapitanı Dodo oyundan sonra Qol.Az saytına müsahibə verib. Brazilyalı yarımmüdafiəçi müsahibəsində “Rəvan”la matçla yanaşı Avropa Liqasının qrup mərhələsində “Krasnodar”la keçiriləcək oyun haqqında da danışıb.

- Maraqlı oyun alındı. İlk hissədə rəqib bizə qarşı yaxşı müqavimət göstərsə də, hesabı aça bildik. Amma bununla kifayətlənməyib ikinci yarıda da hücumlarımızı davam etdirdik və 3 xalı 3 qolla qazandıq.

- Amma etiraf edək ki, sizin üçün asan qələbə oldu.
- Asan qələbə olmur. Sadəcə, biz məşqlərdə əlimizdən gələni edirik ki, oyunlarda çətinlik çəkməyək. Çatışmazlıqların üzərində çox işləyirik. Onları düzəltmək istəyirik. Sevinirik ki, məşqlərdə çəkdiyimiz əziyyətimizin bəhrəsini gördük.

- Əvəzlənməyin nə ilə bağlı idi?
- Məncə, baş məşqçi qarşıda Avropa Liqasının oyunu olduğunu düşünərək məni dəyişdi. Çünki məndən özümü necə hiss etdiyimi soruşanda yaxş olduğumu demişdim. Məşqçi həmçinin Qayı da dəyişdi. Əlbəttə, bu oyun da vacib idi. Amma hesabda irəlidə olduğumuz üçün gələcək matçları düşünmək lazım idi.

- "Krasnodar”la oyunla bağlı nə düşünürsüz? Bu komanda Rusiya Premyer Liqasının son oyunlarında elə də inamlı təsir bağışlamır. Onlarla səfər matçında yaxşı nəticə əldə etmək olar?
- Əlbəttə, hər bir komandanın zəif cəhəti olur. Sadəcə, onu tapmaq lazımdır. Amma əgər "Krasnodar” Rusiya çempionatında zəif çıxış edirsə, bu o demək deyil ki,c Avropa Liqasında da zəif çıxış edəcək. Biz çalışacağıq ki, bu oyunda bizim üçün ən yaxşı nəticəni qazanaq.

- Komanda psixoloji cəhətdən də “Krasnodar”la oyuna hazırdır?
- Hər bir komandayla oyuna hazır olmalıyıq. Meydanda 11 futbolçu 11 rəqibinə qarşı oynayır. Buna görə də meydana çıxıb öz oyunumuzu oynayacağıq.

- Şansları necə dəyərləndirirsən?
- Bunu deyə bilmərəm. Çünki "Krasnodar”ı yaxşı tanımıram, onları araşdırmamışam. Əslində rəqib komandalar mənim üçün heç vaxt önəmli olmayıb. İlk növbədə öz oyunumuzu düşünməliyik. Hər zaman çalışıram ki, öz işimi edim, sonra rəqib haqda fikirləşim.

- "Qəbələ” Avropa Liqasında buna qədər güclü klublarla qarşılaşıb, amma heç vaxt sırf müdafiə futbolu oynamayıb. "Krasnodar”la görüşdə necə, dəyişiklik olacaq?
- Əgər mən məşqçi olsaydım, daha çox hücum futbolu oynadardım. Çünki bizdə hücum xəttində kifayət qədər güclü futbolçular var. Bizim çox ağıllı, savadlı məşqçimiz var. O rəqibə qarşı necə oynamalı olduğumuzu daha gözəl bilir.


Müəllif:

Oxşar xəbərlər