4 Oktyabr 2015 23:25
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 4-də Tokioda bədii gimnastika üzrə “AEON Cup - 2015” klublararası dünya çempionatı başa çatıb.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, ənənəvi çempionatda 23 klub iştirak edib. Hər bir komanda üç gimnast, o cümlədən iki senyorka və bir yuniorka ilə təmsil olunub.

Yarışmanın yekunlarına görə, Azərbaycanın Marina Durunda, Ayşən Babayeva və Jalə Piriyevadan idarət “Ocaq Sport Club” komandası beşinci yeri tutub. Rusiyanın “Qazprom” komandası birinci, Ukraynanın “Deryuginlər məktəbi” komandası ikinci, Belarusun “Dinamo” komandası isə üçüncü yerdə qərarlaşıblar.

Bu dəfəki çempionatda da fərqlənən yuniorka Jalə Piriyeva bürünc medal qazanıb. O, ip, halqa, top və gürz ilə yaddaqalan çıxışlarına görə hakimlərdən yüksək ballar alıb.

Yarışdan sonra təəssüratları ilə bölüşən gimnastlarımız Gündoğar ölkədəki həmyerlilərimizə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Jalə Piriyeva isə vurğulayıb ki, belə mötəbər yarışda yüksək yer tutması onu çox sevindirir.


Müəllif: