8 Oktyabr 2015 17:34
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul" rəhbərliyi Brendan Rocersin istefasından sonra baş məşqçi postuna gətirəcəyi Yurgen Kloppla iş şərtlərinin müzakirəsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 48 yaşlı mütəxəssis bu gün öz agenti Mark Kosiçke ilə birlikdə müqavilədəki bəzi məsələlərin həlli və anlaşmanın imzalanması üçün İngiltərəyə gedəcək.

Gözlənilir ki, sabah Klopp "Liverpul"un yeni məşqçisi kimi ictimaiyyətə təqdim olunsun. Alman mütəxəssisinin maaşı ildə təxminən 10 milyon avro təşkil edəcək.

"Liverpul" rəhbərliyi təkid edir ki, Klopp sabiq çalışdırıcı Rocersin köməkçiləri Şon O'Driskoll və Qeri Makallisterlə birlikdə işləsin. Bu, danışıqlarda ciddi problemlər yarada bilər, çünki Klopp Dortmund "Borussiya"sında birgə çalışdığı Jelko Buvaç və Piter Kravyetsi məşqçilər korpusuna daxil etmək istəyir.

Bundan başqa, Klopp transfer məsələlərində son qərarı qəbul etmək hüququna sahib olmaq istəyir. Daha öncədən bu məsələdə müstəsna hüquq "Liverpul"un transfer komitəsinə məxsusdu.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər