"Hər gün meydana çıxmaqdan, oyunçularla daim ünsiyyətdə olmaqdan xoşum gəlir".
Teleqraf.com xəbər verir ki, "Real"ın keçmiş baş məşqçisi Karlo Ancelotti "Gazzetta dello sport"a gələcək planlarından danışıb.
- İşə nə vaxt qayıdacaqsız?
- Əgər məni kimsə dəvət etsə, növbəti mövsüm...
- Bu, klub, yoxsa yığma olacaq?
- Siz zarafat edirsiz? Əlbəttə, klub. Hər gün meydana çıxmaqdan, oyunçularla daim ünsiyyətdə olmaqdan xoşum gəlir.
- Mümkündü ki, "Milan" olsun?
- Sözü düzü, əgər İtaliyaya qayıtsam, çox güman ki, "Milan"ı çalışdıracam. "Roma" da ola bilər. Amma ümumiyyətlə ölkə xaricindən olan təkliflər mənə daha maraqlıdı.
- Amma siz bu yay "Milan"a keçməyə yaxın idiz.
- Tamamilə doğrudu. Ancaq bir illik məzuniyyət götürdüm.