FİFA prezidentliyinə namizədlərin sayı rəsmən açıqlanıb.
FİFA-dan edilən açıqlamada prezidentlik uğrunda 7 namizədin mübarizəyə qoşulduğu bildirilib.
FIFA-nın rəhbəri seçilmək üçün UEFA prezidenti Mişel Platini, UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Liviya Futbol Federasiyasının prezidenti Musa Biliti, FİFA-nın baş katibinin sabiq köməkçisi Jerom Şampan, CAR-dan olan iş adamı Tokio Sekvale və və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyх Salman mübarizə aparacaq.
Açıqlamada deyilib ki, Mişel Platini cəzalı olduğu üçün namizədliyi davam etməyəcək. Seçkidən əvvəl cəzası başa çatacağı halda isə bu barədə FİFA qərar verəcək.
FİFA-nın yeni prezidenti gələn ilin 26 fevralında, İsveçrənin Süriх şəhərində seçiləcək.