21 Noyabr 2015 14:33
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray”ın və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karan Bakıya gəlib.

Bu haqda Futbolxeber.az saytına veteran futbolçunun özü məlumat verib. Lakin Karan səfərinin məqsədi barədə danışmayıb.

Qeyd edək ki, 39 yaşlı veteran futbolçu karyerasını 2011-ci ildə bitirib. O, son olaraq “Eskişehirspor”da forma geyib. Karanın karyerasının ən parlaq dövrləri “Qalatasaray”da keçib. 8 il “Cim-Bom”un formasını geyən təcrübəli forvard, 170 oyunda meydana çıxıb, 71 qol vurub və “Qalatasaray”la birgə 3 dəfə ölkə çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.


Müəllif: