2 Dekabr 2015 15:15
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA klubların reytinq cədvəlini açıqlayıb.

Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" reytinqdə irəliləyib.

Bundan öncəki cədvəllə müqayisədə ən böyük yüksəlişə "qırmızı-qaralar" nail olub. "Qəbələ" 42 pillə irəliləyərək, 294-cü yerdən 252-ci yerə yüksəlib.

Qeyd edək ki, bu faktı UEFA-nın rəsmi saytı özünün birinci səhifəsində xüsusi olaraq qabardıb.

qol.az


Müəllif: