24 Dekabr 2015 18:51
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" daha bir itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın qapıçısı Ərtoğrul Taşkıran zədələnərək sıradan çıxıb.

Türkiyə kubokunun qrup mərhələsinin II turunda "Antalyaspor"la görüşün (4:2) 77-ci dəqiqəsində zədələnən qolkiper bu gün tibbi müayinədən keçib. Ayağında yırtıq aşkarlanan 26 yaşlı qapıçı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, daha öncə dizindən əməliyyat olunan "Fənərbaxça"nın yarımmüdafiəçisi Raul Meyreleş 4 ay komandasına kömək edə bilməyəcək.


Müəllif:

Oxşar xəbərlər