20 Aprel 2014 13:32
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Messini günahlandırmaq ədalətsizlikdir. Azarkeşlərin sadəcə onu pisləməyə haqqları yoxdur. Messi yüksək səviyyəli futbolçudur, amma hər zaman ondan daha yaxşısını gözləyirlər".

Teleqraf.com-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşak son zamanlar tənqid olanan "Barselona" futbolçusu Lionel Messi haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis Kataloniya klubunun uğursuz çıxışının səbəblərindən də bəhs edib. O, zədəli futbolçuların çoxluğunun komandanın oyununa təsir etdiyini bildirib.

Toşak "Barselona"ya məsləhət də verib:

"Barsa"da hazırda Viktor Valdes, Pike, Karles Puyol kimi zədəli futbolçular var. Hazırda müdafiədə Xavyer Maskerano oynayır. Məncə, bu, yanlışdır. "Barsa" bu yay mütləq müdafiəçi transfer etməlidir".


Müəllif: