27 Yanvar 2016 18:50
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ rəhbərliyi komandanın hücumçusu Zlatan İbrahimoviçin maaşına artım edib.

Qol.Az-ın "Le Parisien"ə istinadən verdiyi məlumata görə, isveçli forvard mövsümün qalan hissəsi üçün ayına 1,5 milyon avro qazanacaq.

Bununla da, İbrahimoviç Fransada ən yüksək məvacib alan futbolçu olub. 34 yaşlı futbolçu daha öncə ayına 800 min avro qazanırdı.

Qeyd edək ki, İsveç millisinin üzvü 2012-ci ildən PSJ-də çıxış edir.


Müəllif: