İrlandiyanın köklü klublarından olan "Derri Siti"nin tarixində ən çox qol vuran Mark Farren dünyasını dəyişib.
34 yaşlı hücumçu uzun müddət beyin xərçəngi xəstəliyinə qarşı mübarizə aparsa da, sonda təslim olub.
O, Sözügedən klubun forması ilə meydana çıxdığı 209 qarşılaşmada 109 qol vurmuşdu.
Qeyd edək ki, Farren xəstəliyə tuş gəlməmişdən öncə 2014-cü ildə "Qlenavon" klubunda çıxış edirdi. Qol vurmaq qabiliyyəti yüksək olan hücumçu 15 oyunda rəqib qapıçıları 10 dəfə məyus etmişdi.