"Barselona"nın hücumçusu Neymar bu il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarında iştirak edə bilər.
Bu barədə Braziliya Futbol Federasiyasının prezidenti Gilmar Rinaldi məlumat verib.
O, həm Amerika kuboku, həm də olimpiyadada Neymarı yığmada görmək istədiklərini bildirib: "Neymarı hər iki turnirdə oynatmaq istəyirik. Təbii ki, bunun üçün ilk öncə həm futbolçunun özü, həm də onun klubu ilə görüşməliyik. Milli komandanın baş məşqçisi Dunqa yaxın zamanda mənə Olimpiyada üçün yaşı 23-dən yuxarı olan 3 futbolçunun adını verəcək. Biz də Dunqanın qərarına əsasən klublarla görüşüb, ortaq məxrəcə gəlməyə çalışacağıq".
Qeyd edək ki, daha öncə 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında iştirak edən Neymar gümüş medala yiyələnib.