"Sivasspor"un hücumçusu Batuhan Karadeniz karyerasını İsveçrədə davam etdirəcək.
İsveçrənin "Sankt-Qallen" klubu 24 yaşlı forvardı heyətinə cəlb edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, Karadeniz mövsümün sonuna qədər komandanın şərəfini qoruyacaq. Mövsümün sonunda isə türkiyəli futbolçuyla müqavilə müddəti bir illik uzadıla bilər.
İsveçrəlilər hücumçu üçün "Sivasspor"a heç bir məbləğ ödəməyib.
Türkiyəli futbolçu yeni klubunda 94 nömrəli formayla çıxış edəcək.
Karadeniz karyerası ərzində "Sivasspor"dan başqa, "Beşiktaş" və "Trabzonspor" kimi klubların da şərəfini qoruyub. O, 2 oyunda Türkiyə millisinin şərəfini qoruyub.
Hazırda hesabında 23 xal olan "Sankt-Qallen" 10 komandanın yarışdığı İsveçrə Superliqasında 7-ci pillədə qərarlaşıb.