20 Fevral 2016 00:34
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisinin sabiq üzvü Ronaldo hazırda dünyanın ən yaxşı mərkəz hücumçularının adlarını açıqlayıb.

Ronaldo üç futbolçunu fərqləndirib.

"Üç futbolçunu qeyd edə bilərəm. Bunlar Robert Levvandovski, Luis Suares və Kərim Benzemadır. Birgə oynadığım ən yaxşı futbolçulara gəlincə, birini fərqləndirməyim mümkün deyil.

Uzun siyahı tuta bilərəm. Ancaq ağlıma Nesta, Zanetti, Pirlo, Maldini, Fiqu, Raul, Baco və Stoiçkov kimi futbolçular gəlir. Bununla belə, Braziliya millisində də birgə oynadığım xeyli yüksək səviyyəli futbolçular olub".


Müəllif: