20 Fevral 2016 10:21
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolda qazandığı pullarla iş həyatına sərmayələr qoyan futbolçu Arda Turan özünə yeni restoran açıb.

“Barselona” oyunçusu çoxdandır, bu arzusunu reallaşdırmağı gözləyirdi. “Arxiv” adlanan restoran Ardaya 3 milyon lirəyə (təxminən 1 milyon 578 min manat) başa gəlib.

Futbolçunun yeni açdığı məkanda əsasən Türkiyə mətbəxinin təamları yer alacaq. Yeməklərdə istifadə olunan ərzaqlar isə orqanik olacaq. A.Turan 150 nəfərlik tutumu olan restoranın ilk fotolarını İnstaqram səhifəsində paylaşıb. O, şəkillərə “Türkiyə mətbəxinin təqdim olunduğu restoranımız açıldı. Şişlidə sevgi, məhəbbət var. Yolunuzu gözləyirik” yazıb.

Şəriki Camal Sarıhanla birlikdə restoranlar şəbəkəsi qurmağı planlaşdıran Arda Avropada da şöbə açmaq fikrindədir.(axsam.az)


Müəllif:

Oxşar xəbərlər