29 Fevral 2016 23:52
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" (Madrid) klubunun sabiq qapıçısı İker Kasilyas maraqlı fikirləri ilə diqqət çəkib.

İspaniyalı qolkiper "Barselona"nın forvardı Lionel Messinin ona istədiyi qədər qol vurduğunu bildirib:

"Ronaldo ilə Messi arasında seçim çətindir. Ronaldo mənim komanda yoldaşım olub. Onun sayəsində oyunumu təkmilləşdirdim. Messiyə gəldikdə isə onunla rəqib kimi qarşılaşmışıq. "Barselona"ya qarşı dəfələrlə oynamışam və o, mənə istədiyi qədər qol vurub".

Qeyd edək ki, 1999-2015-ci illərdə "Real"da çıxış edən Kasilyas hazırda "Portu"nun şərəfini qoruyur.


Müəllif:

Oxşar xəbərlər