Futbol üzrə Türkiyə milli komandası İngiltərə yığması ilə yoldaşlıq görüşü keçirəcək.
"Report"un Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyan görüş mayın 22-də baş tutacaq.
"Etihad" stadionunda keçiriləcək matçın başlama saatı hələ dəqiqləşməyib. Bu günədək komandalar 10 dəfə üz-üzə gəlib və bu görüşlərin heç birində Türkiyə qələbə qazana bilməyib. Oyunların 8-i İngiltərənin qələbəsi ilə yekunlaşıb. İki görüşdə isə bərabərlik qeydə alınıb.
Yoldaşlıq görüşü Super Liqa oyunlarına da təsir edə bilər. Çünki mayın 22-də ölkə çempionatında mövsümün son turunun oyunları keçiriləcək. Bu səbəbdən Fatih Terimin Mançesterə hansı heyətlə yollanacağı maraqla gözlənilir.