13 İyun 2014 11:22
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında hazırlıqlarını davam etdirən Portuqaliya millisi xoşagəlməz hadisə ilə üz-üzə qalıb.

Yığmanın ulduzu Ronaldo komandasının son məşqini erkən tərk etməli olub. Ronaldonun ağlaması və sol dizində buz paketiylə meydanı tərk etməsi zədənin ciddi olmasından xəbər verir.

Teleqraf.com xəbər verir ki, bu durumla bağlı hələ heç bir açıqlama verilməyib. Hər kəs həkimlərin verəcəyi son sözü gözləyir.


Ronaldo əzələsini yeni bərpa etmişdi və İrlandiya ilə son yoldaşlıq görüşündə 65 dəqiqə meydanda olmuşdu.(5:1)

Aygün İlqarqızı


Müəllif: