Almaniyanın Heyger şəhərində WFMC versiyası üzrə interkontinental kəməri uğrunda keçirilən mübarizədə Azərbaycan Kikboksinq Federasiyasının üzvü, “Caspian” İdman Klubunun idmançısı Nicat Vəliyev inamlı qələbə qazanıb.
Almaniyali kikboksçu Tim Müller üzərində qələbə qazanan idmançımız musavat.com-a açıqlamasında qələbəni Azərbaycan əsgərlərinə həsr etdiyini bildirib.
N.Vəliyev müharibə şəraitində olan ölkəmizin müdafiəsi üçün bütün idmançılar kimi daim hazır olduğunu qeyd edib: "Dünən gözəl xəbər aldıq. Ordumuz uğurlu əməliyyat keçirib və düşmənə ağır zərbələr vurub. Bu gün hər kəs vətənimizin güclənməsinə çalışmalıdır. Belə qələbələr xalqımıza lazımdır. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Biz də daim vətənimizin müdafiəsinə hazırıq. İdmançıların qələbələri xalqı, dövləti, milləti üçün olmalıdır. Bu qələbəmizi də xalqımıza, ordumuza həsr edirəm”.