19 Aprel 2016 00:21
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA İngiltərənin “Liverpul” klubuna qarşı intizam işi açıb.

Buna Avropa Liqasının 1/4 finalında Dortmund “Borussiya”sı ilə oyunda baş verənlər səbəb olub. “Liverpul” azarkeşləri stadionda fişənglərdən, partlayıcı maddələrdən istifadə ediblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Yekun qərar UEFA-nın intizam komitəsinin mayın 19-da keçiriləcək iclasında veriləcək.

“Liverpul” iki oyunun nəticəsinə görə, “Borussiya”nı mübarizədən kənarlaşdırıb - 1:1, 4:3.


Müəllif:

Oxşar xəbərlər