Fransa Liqasında bu mövsümün ən yaxşı qapıçısı müəyyənləşib.
Fransa Futbolçular və Həmkarlar İttifaqı tərəfindən verilən mükafata "Marsel"in qapıçısı Stiv Mandanda layiq görülüb. O, Vinsenta Eneamu ("Lill"), Antoni Lopeş ("Lion") və Kevin Trappı (PSJ) qabaqlayıb.
Qeyd edək ki, S.Mandanda bu mövsüm oynadığı 36 matçda qapısından 40 qol buraxıb.