28 May 2016 08:58
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində mayın 29-da keçiriləcək Azərbaycan - Makedoniya matçının hakimləri müəyyənləşib.

Qol.az-ın məlumatına görə, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Markus Hameter olacaq. Ona həmyerliləri Rolan Braunşmidt və Maksimilian Kolbitş köməklik edəcək. Manuel Şüttenqruber isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Avstriyada keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Müəllif:

Oxşar xəbərlər