"Barselona"nın yarımmüdafiəçisi Arda Turanın klubdakı gələcək taleyinə aydınlıq gəlib.
Türkiyəli futbolçu növbəti mövsüm də "Barselona"da oynayacaq.
Bu barədə danışan klubun texniki məsələlər üzrə katibi Robert Fernandez Ardadan yeni mövsümdə komandanın aparıcı üzvünə çevrilməsini gözlədiklərini bildirib:
"Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən birinə çevriləcək. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra komandaya uyğunlaşmaqda problem yaşamadı. Bu səbəbdən ona inamımız tamdır".
Qeyd edək ki, "Atletiko"dan "Barselona"ya transfer olunan Ardanın Kataloniya təmsilçisi ilə müqaviləsi 2020-ci ildə başa çatacaq.