24 İyun 2016 18:38
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma davam etdirir.

Teleqraf.com xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi heyət özülə baxış keçirib.

Məlumat verilib ki, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək dik və çəp dirəklər, alt rabitələr, döşəmələr, modullararası arakəsmə, konsol quraşdırılmış, heyətsiz sualtı aparatlar vasitəsi ilə xəttlərin mövcud vəziyyəti yoxlanılmış, vertolyot meydançasının tavan hissəsi və yaşayış bloku təmizlənərək rənglənib. Elektrik xətlərin çəkilişi və işıqlandırma işləri davam etdirilir, iki əsaslı təmir qülləsi quraşdırılır. Quyu manifoldların quraşdırılması qısa zamanda həyata keçiriləcək. İ

Quyuətrafı zonada yanğından mühafizə sistemi quraşdırıldıqdan sonra 43 və 340 nömrəli quyularda əsaslı təmirə başlanılacaq.

Hər bir quyuya nəzarət sistemi ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunacaq.
Baş direktor özüldə həyata keçiriləcək təmir-bərpa işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasının vacibliyini vurğulamış, quyuların təkrar istismara qaytarılması üçün lazımi avadanlıqlarla təmin olunması üçün müvafiq göstəriş verilib.

Qeyd edilib ki, 10 saylı dərin dəniz özülü ən yüksək səviyyədə bərpa olunacaq və yeni özüldən seçilməyəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər