30 Avqust 2016 11:41
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 51 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edib.

Teleqraf.com xəbər verir ki, artıq hərraca çıxarılan obyektlərin siyahısı və qiymətləri açıqlanıb.

Fins.az Kürdəmir Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələrinin balansında olan və hərraca çıxarılan obyektə diqqəti cəlb edib.

Kürdəmir şəhərinin Aran qəsəbəsində yerləşən obyektin ümumi torpaq sahəsi 318 kvadrat metr, faydalı sahəsi isə 8.1 kvadrat metrdir.

Bir mərtəbəli tikilinin ilkin satış dəyəri cəmi 1000 manat müəyyən edilib. Obyektin debitor və kreditor borcu yoxdur. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində, yəni 100 manat beh ödəməlidirlər.

Həmin vəsait ƏMKD-nın Mərkəzi bankdakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı hesablaşma hesabına köçürülməlidir.


Müəllif:

Oxşar xəbərlər