3 Sentyabr 2016 18:13
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 3-də Gürcüstanın Kvemo-Kartli bölgəsində, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qırıxlı kəndində qazpaylayıcı stansiyasının açılışı olub.

Teleqraf.com-un məlumatına görə, ərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "SOCAR Georcia" şirkətinin prezidenti Mahir Məmmədov, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn iştirak ediblər.

11 kilometr uzunluğunda olan yeni qaz xətti 259 abunəçini təbii qazla təmin edəcək.

Ümumilikdə Kvemo-Kartliyə 1027 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 26 837 abunəçi mavi yanacaqla təmin olunub. Bu ilin sonuna qədər daha 158 kilometrlik qazpaylayıcı şəbəkənin tikintisi nəzərdə tutulub. Bu da daha 3434 abunəçinin qazla təmin olunmasına imkan verəcək.

İlin sonuna qədər daha 1600 kilometrlik qaz xəttinin çəkilməsi planlaşdırılıb ki, bu da 40 min abunəçini qazla təmin edəcək.

2009-cu ildən bu günə qədər "SOCAR Georgia" şirkəti Gürcüstanda 5 360 kilometrlik qazpaylayıcı şəbəkə tikib və 209 136 abunəçiyə qaz verib. Ümumiyyətlə isə şirkətin 2017-ci ilədək Gürcüstanda 7000 kilometrlik qazpaylayıcı şəbəkə tikmək barədə investisiya öhdəliyi var. Bu da 250 min abunəçinin mavi yanacaqla təminatı deməkdir.


Müəllif: