İsveçrənin “Stadler Rail Group” şirkəti Berlində keçirilən “InnoTrans 2016” sərgisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib.
Teleqraf.com-un məlumatına görə, “Stadler Rail Group” şirkətinin nümayəndəsi Paul Qess bildirib ki, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək.
“Stadler” ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün 30 vaqon hazırlanacaq.
Onlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klas, 3-ü ikiyerlik kupedən ibarət birinci klas vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var.
Vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakuum sistemli tualetlər (birinci klasda hər kupedə), duş (birinci klasda hər kupedə), kondisioner sistemi quraşdırılıb.