Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 4-ü ilə müqayisədə 0,14% ucuzlaşaraq 1,6115 manat olub.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,03% möhkəmlənərək 1,8077 manat olub. Rusiyanın milli valyutası rubl dünənlə müqayisədə 0,77% ucuzlaşaraq 0,0257 manat səviyyəsinə enib. Türkiyə lirəsinin məzənnəsi isə 1,24% ucuzlaşaraq 0,5270 manat təşkil edib. 1 ingilis funt sterlinqi 2,0518 manatdır. Gürcüstan larisinin məzənnəsi 0,14% ucuzlaşaraq 0,6887 manat təşkil edib.